Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib

Tədbir çərçivəsində süni intellekt və alqoritmik bazarlar, həssas istehlakçıların müdafiəsi, transsərhəd əməkdaşlıq, eləcə də istehlakçı hüquqlarının müdafiəsi qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbəlik etdiyi nümayəndə heyəti Gürcüstanın Tbilisi şəhərində keçirilən “Rəqəmsal dövrdə etimadın qurulması” mövzusunda İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (International Consumer Protection and Enforcement Network - ICPEN) növbəti Konfransında və Yüksək Səviyyəli Görüşdə iştirak edib.

Konfransa ICPEN-ə üzv ölkələrin istehlakçı hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti qurumlarının rəhbər və yüksək səviyyəli nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

Tədbirin əsas məqsədi rəqəmsal dövrdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində aktual çağırışlar barədə fikir və təcrübə mübadiləsinin aparılması, qabaqcıl yanaşmaların öyrənilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Agentliyin sədri Elnur Bağırov konfrans çərçivəsində keçirilən “Şərqi Avropa və Cənubi Qafqazda istehlakçı hüquqlarının müdafiəsi” adlı panel sessiyasında çıxış edib. Çıxış zamanı regionda istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlar, milli təcrübə və prioritet istiqamətlər barədə məlumat verilib, regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları diqqətə çatdırılıb.

Daha sonra Agentliyin sədri ICPEN-ə üzv qurumların rəhbər və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Görüşdə iştirak edib. Görüşdə istehlakçı hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və transsərhəd əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi və qabaqcıl təcrübələrin tətbiqi imkanları müzakirə olunub.

Qeyd: Azərbaycan Respublikası 2006-cı ildən etibarən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) üzvüdür. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təmsil olunur. Azərbaycan Respublikası həmçinin ICPEN-in 2026-2027-ci illər üzrə Məsləhət Qrupuna üzv seçilib.