Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AzMİ-də COOMET-in fotometrik və radiometrik ölçmələr üzrə Texniki Komitəsinin növbəti iclası keçirilib

İclas zamanı fotometriya və radiometriya sahəsində aparılan beynəlxalq tutuşdurmaların nəticələri müzakirə edilib, Texniki Komitənin fəaliyyəti və yeni əməkdaşlıq imkanlarına dair məsələlərə nəzər salınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) "Fotometriya və radiometriya" Texniki Komitəsinin (TC 1.7) 24-cü iclası keçirilib.

Tədbirdə Belarus, Çin, Qazaxıstan, Rusiya, Slovakiya və Özbəkistanın milli metrologiya qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Texniki Komitənin tərkibi ilə bağlı dəyişikliklər, "COOMET-in Fəxri Metroloqu" adı ilə təltifetmə məsələləri, COOMET Katibliyinin və Ölçmə Etalonları üzrə Birgə Komitənin (COOMET Joint Committee for Measurement Standards) hesabatlarına dair təqdimatlar dinlənilib. Habelə spektral keçiricilik əmsalı, optik lif ölçmələri, rəng xarakteristikaları üzrə aparılan tutuşdurmaların nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, Fotometriya və radiometriya sahəsində COOMET-in uzunmüddətli əsas tutuşdurmalar proqramı və yeni tutuşdurma təklifləri nəzərdən keçirilib.

Tədbirin ikinci günündə tutuşdurmaların və mütəmadi ölçmələrin aparılması zamanı yaranan texniki məsələlər, kalibrlənmə və ölçmə imkanlarının (CMC) təqdim edilməsi və ekspertizası, həmçinin tutuşdurmaların nəticələrinə əsasən səriştəliliyin təsdiqlənməsi məsələləri müzakirə olunub. Eyni zamanda üzv ölkələrin fotometriya və radiometriya sahəsindəki etalon bazasının inkişafına dair təqdimatlar nümayiş etdirilib.

Tədbir çərçivəsində iştirakçılar AzMİ-nin laboratoriyalarına baxış keçiriblər. Burada onlara laboratoriyaların tətbiq sahələri, istifadə olunan cihazlar, ölçmə metodikaları və təqdim olunan xidmətlər barədə ətraflı məlumat verilib.