Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“Tütün məhsulları və analoji məmulatlar haqqında” milli texniki reqlamentin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq  tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Tütün məhsulları və analoji məmulatlar haqqında” milli texniki reqlament  təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.

Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “__” ______ 2025-ci il

№ ___

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2025-ci il ______ tarixli ____ nömrəli qərarı ilə

təsdiq edilmişdir

“Tütün məhsulları və analoji məmulatlar haqqında” Texniki Reqlament

1. Ümumi müddəalar

1.1. “Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlament (bundan sonra – bu reqlament) “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan tütün məhsullarına, tütün tərkibli və nikotin tərkibli məmulatlara (bundan sonra – tütün məmulatları) dair tətbiqi və yerinə yetirilməsi məcburi olan tələbləri, habelə tütün məmulatlarının istehlak bazarında sərbəst dövriyyəsini təmin etmək üçün istehlakçı qablaşdırmasına vurulan məlumatlara (nişanlanmaya) dair tələbləri müəyyən edir.

1.2. Bu Reqlament insan həyatını və sağlamlığını, əmlakını qorumaq, ətraf mühiti mühafizə etmək, o cümlədən tütün məmulatlarının, eləcə də onlarla əlaqəli  proseslərinin və istehsal metodlarının təhlükəsizliyi ilə bağlı istehlakçıları çaşqınlığa salan və ya yanıldan hərəkətlərin qarşısının alınması məqsədi ilə hazırlanmışdır.

1.3. Azərbaycan Respublikasında tütün məmulatlarına dair məcburi tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edilərsə, tütün məmulatları Azərbaycan Respublikasında qüvvədə olan və onlara aid edilən bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.

1.4. Tütün məmulatları bu reqlamentin və tütün məmulatlarına dair digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun olaraq istehsalçının texnoloji təlimatlarına və müəyyən bir məmulat növü üçün resepturalara əsasən hazırlanmalıdır.

1.5. Bu reqlament Azərbaycan Respublikasının ərazisində istehlak qablarında dövriyyəyə buraxılan və bu reqlamentə 1 nömrəli əlavədə göstərilmiş tütün məmulatlarına  şamil edilir.

1.6. Bu reqlament aşağıdakı tütün məmulatlarına şamil edilmir:

1.6.1. Laboratoriyalar, tütün məmulatları istehsalçıları və (və ya) idxalçılar (satıcılar) tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən tütün məmulatlarının nümunələri;

1.6.2. Keyfiyyət və təhlükəsizliyə nəzarət üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.3. Beynəlxalq standartlara uyğun ölçmələr üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.4. Laboratoriyalararası müqayisəli sınaqların keçirilməsi üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.5. Azərbaycan Respublikasının texniki reqlamentlərinin tələblərinə uyğun olaraq normalaşdırılmış parametrlərin ölçmələrin keçirilməsi üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.6. Avadanlığın kalibrlənməsinin keçirilməsi üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.7. Müqayisəli testlərin keçirilməsi üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.8. Dequstasiyaların keçirilməsi üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.9. Dizayn tədqiqatları üçün nəzərdə tutulmuş tütün məmulatlarının nümunələri;

1.6.10. Beynəlxalq sərgi və yarmarkaların təşkilatçıları və (və ya) iştirakçıları tərəfindən nümunə və eksponat kimi Azərbaycan Respublikasının ərazisinə gətirilən tütün məmulatlarının nümunələri;

1.6.11. Xarici ticarət müqavilələri üzrə ixraca göndərilən tütün məmulatları.          

2. Əsas anlayışlar

2.1. Bu reqlamentin tətbiqi məqsədləri üçün aşağıdakı anlayışlardan və təriflərdən istifadə olunur:

2.1.1. “tütün” - yarpağı emal olunduqdan sonra tütün tərkibli məmulatın istehsalında əsas xammal kimi istifadə edilən Quşüzümükimilər fəsiləsinin Nicotiana cinsinin Nicotiana Tabacum və Nicotiana Rustica növlərinə aid birillik bitki;

2.1.2. “tütün tərkibli məmulat” - qismən və / və ya bütövlüklə geni dəyişdirilmiş və ya dəyişdirilməmiş tütündən ibarət olan, istehlakçı qablaşdırmasına qablaşdırılmış istehlak edilə bilən tütün məmulatı;

2.1.3. “tütün qarışığı” - sənaye və (və ya) digər emaldan keçmiş tütündən ibarət olan, inqrediyentlər əlavə olunmaqla və ya əlavə edilmədən qızdırılan tütün məmulatının və ya qızdırılan tütün qarışığının və ya nikotin tərkibli birdəfəlik istifadə üçün cihazın əsas tərkib hissəsi olan və onların istehlakı üçün nəzərdə tutulmuş doldurucu qarışıq;

2.1.4. “çəkilən tütün məmulatı” - çəkilmə yolu ilə istehlak olunan, tüstüsüz tütün məmulatından fərqli olan tütün məmulatı;

2.1.5. “çəkilməyən tütün məmulatı” - sormaq, çeynəmək, iyləmək üçün nəzərdə tutulmuş tütün məmulatı;

2.1.6. “tənbəki” - yarpağı çubuqla çəkilən birillik texniki bitki;

2.1.7. “tənbəki çubuğu tütünü” - tənbəki çubuğu vasitəsilə çəkilməsi üçün nəzərdə tutulmuş, inqrediyentlər əlavə edilmiş və ya əlavə edilməmiş, doğranmış, hissələrə parçalanmış, bükülmüş və ya preslənmiş tütündən hazırlanmış çəkilən tütün məmulatı;

2.1.8. “siqar” - siqar xammalı və digər xammaldan hazırlanmış, üç qatlı: içi bütöv, xırdalanmış və ya doğranmış siqar xammalı və (və ya) digər xammaldan, alt bükümü siqar xammalı və (və ya) digər xammaldan, üst bükümü siqar tütünü yarpağından ibarət olan çəkilən tütün məmulatı növü. Siqarın qalınlığı onun uzunluğunun üçdə birindən və ya daha çox hissəsi boyunca ən azı 11 mm olmalıdır;

2.1.9. “siqaret” - siqaret kağızına bükülmüş, doğranmış xammaldan ibarət çəkilən tütün məmulatı növü;

2.1.10. “siqarilla” - siqardan və digər xammaldan hazırlanmış çoxqatlı: içi doğranmış və ya hissələrə parçalanmış siqar xammalı və digər xammaldan, alt bükümü siqar xammalı və (və ya) digər xammaldan, üst bükümü siqar tütünü yarpağından, bərpa olunmuş tütündən və ya sellüloza və tütün əsasında hazırlanmış xüsusi kağızdan ibarət olan çəkilən tütün məmulatı növü. Siqarillanın filtri ola bilər və alt bükümü olmaya bilər. Siqarillanın maksimal qalınlığı 11 mm keçməməlidir;

2.1.11. “papiros” - müştük kağızı bağlaması şəkildə olan, doğranmış xammaldan və müştükdən ibarət, yapışqansız dişli tikişlə birləşdirilmiş papiros (siqaret) kağızına bükülmüş çəkilən tütün məhsulu;

2.1.12. “qəlyan tütünü” - qəlyandan istifadə etməklə çəkilməsi nəzərdə tutulan və inqrediyentlər əlavə edilməklə və ya əlavə edilmədən doğranmış və ya hissələrə parçalanmış  xammal qarışığından ibarət olan çəkilən tütün məmulatı;

2.1.13. “qızdırılan tütün (tütün qarışığı)” - birbaşa və ya dolayı isitmə yolu ilə (yanma olmadan) aerozolun əmələ gəlməsi və onun inhalyasiyası üçün nəzərdə tutulmuş, inqrediyentlər əlavə edilmiş və ya edilməmiş nikotin tərkibli məmulat;

2.1.14. “qızdırılan tütün məmulatı” - qızdırılan tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün materiallardan ibarət, yandırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə inhalyasiyası üçün nəzərdə tutulmuş nikotin tərkibli məmulat;

2.1.15. “tüstüsüz tütün məmulatı” - yanma ilə əlaqəli olmayan üsulla istifadə edilən tütün məmulatları, o cümlədən ağızdan istifadə üçün, çeynəmə və iyləmə üçün;

2.1.16. “iylənilən tütün” - burun vasitəsilə inhalyasiya üçün nəzərdə tutulmuş tüstüsüz tütün məmulatı növü;

2.1.17. “çeynənilən tütün” - yalnız çeynəmək üçün nəzərdə tutulmuş tüstüsüz tütün məmulatı növü;

2.1.18. “bükülmüş tütün məmulatları üçün tütün” - istehlakçı və ya pərakəndə satıcılar tərəfindən bükmə yolu ilə çəkilən tütün məmulatı yaratmaq üçün istifadə edilə bilən tütün məhsulu;

2.1.19. “kretek” - siqaret kağızına və ya qurudulmuş qarğıdalı yarpağına bükülmüş, üyüdülmüş mixək, inqrediyentlər və doğranmış xammal qarışığından ibarət filtrli və ya filtrsiz çəkilən tütün məmulatı növü;

2.1.20. “bidi” - iplə bağlanmış qurudulmuş tendu yarpağına bükülmüş əzilmiş tütün yarpaqlarının, tütün damarlarının və gövdələrinin qarışığından ibarət çəkilən tütün məmulatı növü;

2.1.21. “nazik kəsilmiş çəkilən tütün” - siqaretin və ya  papirosun əldə hazırlanması üzün nəzərdə tutulmuş, inqrediyentlər əlavə edilməklə və ya əlavə edilmədən doğranmış, hissələrə parçalanmış, bükülmüş və ya preslənmiş tütündən hazırlanmış çəkilən tütün məmulatının növü;

2.1.22. “elektron siqaret” - tərkibində nikotin mənbəyi olan (qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla), nikotin tərkibli aerozolu  müştük və ya məmulatın digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş nikotin tərkibli məmulat. Elektron siqaretlər flakona görə bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya birdəfəlik kartriclərdə təkrar doldurula bilər;

2.1.23. “nikotin tərkibli maye” - aerozolun əmələ gəlməsi və onun inhalyasiyası üçün nəzərdə tutulan kartricdə və ya istehlak qablaşdırmasında olan konteynerdə və ya  birdəfəlik istifadə üçün nəzərdə tutulmuş cihazda nikotinin (nikotin duzlarının) miqdarı 0,1 mq/ml-dən çox olan maye şəklində nikotin tərkibli məmulat;

2.1.24. “nikotinsiz maye” - aerozolun əmələ gəlməsi və onun inhalyasiyası üçün nəzərdə tutulan kartricdə və ya istehlak qablaşdırmasında olan konteynerdə və ya  birdəfəlik istifadə üçün nəzərdə tutulmuş cihazda nikotin (nikotin duzları) olmayan və ya 0,1 mq/ml-dən az olan maye şəklində nikotin tərkibli məmulat;

2.1.25. “nikotin” - Quşüzümüçiçəklilər dəstəsinin Quşüzümükimilər fəsiləsinin Nicotiana cinsinin Nicotiana Tabacum və Nicotiana Rustica növlərinə aid bitkilərdə, tütünün və tənbəkinin tərkibində mövcud olan alkaloidlər qrupuna aid 3-(1-metil-2-pirolidinil)piridin formullu kimyəvi maddə;

2.1.26. “karbon monoksid” - karbon tərkibli maddələrin qeyri-tam yanma məmulatı;

2.1.27. “qatran” - tərkibində nikotin olmayan, yarımaye qazabənzər tüstü kondensatı;

2.1.28. “aerozol” - nikotin çatdırılma sistemlərinin təyinatı üzrə istifadəsi nəticəsində bərk və maye hissəciklərinin qaz halında ifraz olunan suspenziyası;

2.1.29. “ağızda istifadə üçün tütün məmulatı” - tam və ya qismən tütündən ibarət olan, toz və ya qranullar formasında və ya bu formaların hər hansı bir kombinasiyası şəklində, xüsusilə də saşe və ya məsaməli saşe şəklində olan, ağız boşluğunda istifadə üçün nəzərdə tutulmuş tütün məmulatı (iylənilən və ya çeynənilən tütün məmulatları istisna olmaqla);

2.1.30. “ağızdan istifadə edilən nikotin tərkibli məmulat” - tərkibində tütün olmayan, lakin nikotin və ya nikotin birləşmələri və digər materiallar olan, nikotinin həzminin ağızın selikli qişası vasitəsi ilə həyata keçən, ağızdan istifadə üçün nəzərdə tutulmuş (çeynəmə, əmmə, dilaltı) və qida kimi istehlak üçün nəzərdə tutulmayan, kisələrə porsiyalaşdırılmış nikotin tərkibli məmulat;

2.1.31. “tütün çəkmə” - tütün məmulatlarının yanma prosesində əmələ gələn tüstüsünün tənəffüs yolları vasitəsi ilə insan orqanizminə daxil olması nəticəsində tütün çəkənin nikotindən asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı şəxslərin sağlamlığına zərər vurulmasına və ətraf mühitin çirklənməsinə səbəb olan istifadə prosesi;

2.1.32. “tütün məmulatının eyniləşdirilməsi” - tütün məmulatının bu Reqlamentin tətbiq sahəsinə aid edilməsi prosedurası;

2.1.33. “tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazısı” - tütün məmulatının insan sağlamlığı üçün mənfi təsiri və onun istehlakının digər arzuolunmaz nəticələri haqqında xəbərdarlıq, o cümlədən ümumi xarakterli xəbərdarlıq yazıları və məlumat xarakterli xəbərdarlıq yazıları;

2.1.34. “tütün məmulatının növü” - istehlak xüsusiyyətlərinə və istehlak üsuluna görə bənzər, çəkilən və ya çəkilməyən tütün məmulatlarının məcmusu;

2.1.35. “KMR xüsusiyyəti” – tütün məmulatının insan orqanizminə kanserogen, mutagen və reproduktiv funksiyaya təsiri xüsusiyyəti;

2.1.36. “spesifik qoxu və dad” - tütünün öz qoxusu və ya dadından fərqli olaraq, kapsullar vasitəsi ilə tətbiq edilən meyvə, ədviyyat, otlar, karamel, alkoqol, mentol, vanil və s. əlavələrin qoxusu və dadı;

2.1.37. “dadlandırıcı” – kapsul vasitəsi ilə dad verən əlavə;

2.1.38. “ətirləndirici” - kapsul vasitəsi ilə ətir verən əlavə;

2.1.39. “doldurucu qarışıq” - nikotin tərkibli məmulatın əsas elementi (tütün qarışığı, nikotin tərkibli və nikotinsiz maye qarışıqları, gel, toz, tütünsüz qarışıq və s. daxil olmaqla);

2.1.40. “flakon” - sənaye üsulu ilə doldurucu qarışıqla və ya qarışıqlarla  doldurulmuş qab;

2.1.41. “əlavə” - tütün məmulatına, qablaşdırma vahidinə və ya xarici qablaşdırmaya əlavə edilən tütündən fərqli olan maddə;

2.1.42. “inqrediyent” - tütün məmulatının istehsalında istifadə edilən və hazır tütün məmulatının tərkibində, o cümlədən dəyişdirilmiş formada, mövcud olan maddə (tütün yarpağı və tütünün digər hissələri istisna olmaqla);

2.1.43. “komponent” - hazır tütün məmulatında və ya əlaqəli məmulatda, o cümlədən  kağız, filtr, mürəkkəb, kapsullar və yapışdırıcılarda mövcud olan tütün, əlavələr, hər hansı maddə və ya onun elementi;

2.1.44. “asılılıq yaradan təsir” - maddənin asılılıq yaratmağa səbəb olan farmakoloji xüsusiyyəti;

2.1.45. “ayrılmanın maksimum səviyyəsi” - tütün məmulatında maddənin maksimum miqdarını və ya maksimum ayrılmasını milliqramla ölçülən səviyyə, o cümlədən sıfır səviyyə;

2.1.46. “emissiyalar” - tütün məmulatlarının təyinatı üzrə istifadə edilməsi zamanı ayrılan maddələr, o cümlədən tüstüdə və aerozolda aşkar olunan maddələr və ya tüstüsüz tütün məmulatlarının istifadəsi zamanı ayrılan maddələr;

2.1.47. “filtr” - tütün məmulatlarının istehsalı zamanı tütün məmulatının ucuna bərkidilmiş, tütün tüstüsünün və ya aerozolun bir hissəsini saxlamaq üçün nəzərdə tutulmuş cihaz;

2.1.48. “istehlak qablaşdırması” - məmulatın satışı və ya məmulatın satışı üçün ilkin qablaşdırılması nəzərdə tutulan qablaşdırma;

2.1.49. “idxalçı” - rezident dövlətlər - ölkənin qeyri-rezidenti ilə tütün məmulatlarının  ölkə ərazisinə idxalı üçün xarici ticarət müqaviləsi bağlamış, habelə tütün məmulatlarının satışını həyata keçirən və onların bu reqlamentin tələblərinə uyğunluğuna görə məsuliyyət daşıyan ölkənin rezidenti;

2.1.50. “istehlakçı” - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

2.1.51. “istehsalçı” - öz adından tütün məmulatlarının istehsalını və ya istehsalını və satışını həyata keçirən, həmçinin onların bu reqlamentin tələblərinə uyğunluğuna məsuliyyət daşıyan hüquqi şəxs və ya fərdi sahibkar qismində qeydiyyatdan keçmiş fiziki şəxs, o cümlədən xarici istehsalçı;

2.1.52. “istehsalçının səlahiyyətli nümayəndəsi” - istehsalçının səlahiyyətli nümayəndəsi - Azərbaycan Respublikasının ərazisində yerləşdirilməsi və təsdiqinin təmin edilməsi proseslərində müvafiq dövlətin qanunvericiliyi ilə qeydə alınmış, istehsalçı tərəfindən müəyyənləşdirilmiş və tütün məmulatlarının bu reqlamentin tələblərinə cavab verməməsi halında məsuliyyət daşıyan, onun adından fəaliyyət göstərən hüquqi və ya fiziki şəxs;

2.1.53. “kartric” – elektron siqaretin qapalı tipli cihaz ilə istehlak etdikdə aerozolun əmələ gəlməsi və istehlakçı tərəfindən inhalyasiyası üçün nəzərdə tutulmuş, nikotin çatdırılma sisteminin sənaye üsulu ilə doldurucu qarışıqla və ya qarışıqlarla  doldurulmuş komponenti;

2.1.54. “kisə” - bükülmüş tütün məmulatları üçün tütün məhsulu və ya ağızdan istifadə edilən nikotin tərkibli məmulat üçün nəzərdə tutulmuş, dəliyi bağlayan klapanı olan düzbucaqlı qutu formasında və ya dayanıqlı paket formasında ən kiçik qablaşdırma vahidi;

2.1.55. “nikotin çatdırılma sistemi” - nikotin tərkibli məmulatın və onun istehlakı üçün cihazın birlikdə istifadə edilməli olan kombinasiyası;

2.1.56. “nikotin tərkibli məmulatın inqrediyenti” - tütün yarpaqları və tütünün digər hissələri (o cümlədən sənaye və (və ya) digər emaldan keçmiş), habelə nikotin (o cümlədən nikotin duzları və digər törəmələri) istisna olmaqla, hazır nikotin tərkibli məmulatda (o cümlədən dəyişdirilmiş formada) mövcud olan və nikotin tərkibli məmulat üçün doldurucu qarışığın  istehsalında istifadə olunan maddə;

2.1.57. “nikotin tərkibli məmulatın istehlakı üçün cihaz” – quruluşunda istilik mənbəyi, kabel (naqil, şnur) və (və ya) enerji doldurma (şarj) qurğusu ola bilən, nikotin tərkibli məmulat ilə istifadə edilən və yanmadan aerozolun əmələ gəlməsini təmin edən birdəfəlik və ya təkrar istifadə edilə bilən cihaz, o cümlədən tütünü qızdırmaq üçün və nikotini çatdırmaq üçün cihazlar;

2.1.58. “paçka” və ya “qutu” - bazarda dövriyyəyə buraxılan tütün məmulatının və ya əlaqəli məmulatların ən kiçik fərdi qablaşdırma vahidi;

2.1.59. “qeyri-tütün materialları” - tütün məmulatının tərkibinə daxil olan (xammal istisna olmaqla) və onun istehsalçı tərəfindən müəyyən olunmuş xüsusiyyətlərini və formasını verən materiallar, o cümlədən siqaret, papiros və müştük kağızı, filtrlər üçün bükmə kağızı (fisella), filtr materialı, yapışdırıcılar, mürəkkəblər, sorulan (iylənən) tütünün bir porsiyası üçün bükmə materialı;

2.1.60. “uyğunluq nişanı” - tütün məmulatının, onunla əlaqəli proseslərin və istehsal metodlarının bu Reqlamentlə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

2.1.61. “xammal” - məmulat yığımından sonra və (və ya) digər sənaye emalından keçmiş, tütün məmulatının istehsalı zamanı istifadə olunan tütün;

2.1.62. “xarici qablaşdırma” - tütün məmulatlarının və ya əlaqəli məmulatların bazarda dövriyyəyə buraxılan və paçka (qutu) və ya paçka (qutu) məcmusunu ehtiva edən hər hansı qablaşdırma. Şəffaf qablaşdırma xarici qablaşdırma hesab edilmir.

3. Tütün məmulatının eyniləşdirilməsi

3.1. Tütün məmulatının bu Reqlamentin tətbiq dairəsinə aid etmək məqsədi ilə eyniləşdirilməsini istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), idxalçı (satıcı), bu reqlamentin tələblərinin yerinə yetirilməsinə dair nəzarətin aparılmasına görə məsuliyyət daşıyan dövlət orqanı, uyğunluğun qiymətləndirilməsini aparan orqan və digər maraqlı şəxslər aparır.

3.2. Tütün məmulatının eyniləşdirilməsi onun adı və (və ya) onun bu reqlamentdə müəyyən edilmiş səciyyəvi xüsusiyyətlərinə görə həyata keçirilir.

3.3. Tütün məmulatının səciyyəvi xüsusiyyətlərinə onun tərkibi, onun xüsusiyyətləri və tütün məmulatının istifadə yolu aiddir.

3.4. Tütün məmulatların eyniləşdirilməsi bir və ya bir neçə üsulla aparılır:

3.4.1. tütün məmulatı növünün adı üzrə - tütün məmulatının bu reqlamentlə müəyyənləşdirilmiş növünün və istehlakçı qablaşdırmasına vurulan məlumatda və (və ya) müşayiətedici sənədlərdə (tədarük müqaviləsinin əsli və ya təsdiq olunmuş sürətləri, məmulatı müşayiət edən sənədlər və ya tütün məmulatının uyğunluq bəyannaməsi) olan növlə müqayisəsi ilə; 

3.4.2. nikotinin olmasına görə - istehlak qablaşdırmasında nikotinin olması haqqında məlumatın olub-olmamasının yoxlaması yolu ilə;

3.4.3. tütün məmulatların istifadə üsulu ilə - istehlak qablaşdırmasında və ya annotasiyada nikotin tərkibli məmulatların istehlakı üçün cihazdan istifadə edilməsi barədə göstərişin, belə cihaz nəzərdə tutulmursa, onun istehlak metodu barədə göstərişin olub-olmamasının yoxlaması yolu ilə.

3.4.4. laborator-instrumental üsullarla:

3.4.4.1. nikotinin müəyyənləşdirilməsi ilə;

3.4.4.2. qızdırılan tütün məmulatlarının və tütünsüz qarışıq tərkibli məmulatların istehlakı zamanı yanma prosesinin olub-olmamasının laborator-instrumental üsullarla yoxlaması yolu ilə.

3.4.4.2.1. Yanma prosesinin olmaması 100 sm3 aerozolda karbon monoksidin (CO), azot oksidinin (NO) və azot oksidlərinin (NOx) miqdarının ölçülməsi yolu ilə müəyyən edilir.

3.4.5. Tütün məmulatının laborator instrumental üsullarla eyniləşdirilməsi onları vizual üsullarla müəyyən etmək mümkün olmadıqda həyata keçirilir.

3.5. Eyniləşdirilmənin nəticəsi eyniləşdirilən məmulatın tütün məmulatına aid edilməsi və ya edilməməsidir.

4. Tütün məmulatlarının istehlak bazarında dövriyyəsinə dair tələblər

4.1. Tütün məmulatları bu reqlamentin tələblərinə, habelə Azərbaycan Respublikasında qüvvədə olan digər texniki reqlamentlərin (tətbiq olunduqda) və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli 138-IIQ nömrəli Qanununun və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tələblərinə uyğun olduqda Azərbaycan Respublikası ərazisində istehlak bazarlarında dövriyyəyə buraxıla bilər.

4.2. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 8 iyun 2001-ci il tarixli 138-IIQ nömrəli Qanununun 18.3-cü maddəsinə əsasən tütün məmulatları Səhiyyə Nazirliyi tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınmalıdır.

4.3. Gigiyena qeydiyyatı və reyestrin aparılması qaydaları Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

4.4. Gigiyena qeydiyyatı və reyestrin aparılması əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində səlahiyyətli dövlət orqanı (bundan sonra - səlahiyyətli orqan) tərəfindən həyata keçirilir.

4.5. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və bu reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş, uyğunluq nişanı tətbiq olunmayan, habelə gigiyena qeydiyyatına alınmamış tütün məmulatlarının Azərbaycan Respublikasının ərazisində istehlak bazarlarında dövriyyəyə buraxılmasına icazə verilmir.

4.6. Bu reqlamentin tələblərinə cavab verməyən tütün məmulatları istehlak bazarlarında uyğunluq nişanı ilə nişanlana və istehlak bazarına dövriyyəyə buraxıla bilməz.

5. Tütün məmulatlarının təhlükəsizliyinə dair tələblər

5.1. Tütün məmulatlarının istehsalı zamanı bu reqlamentə 2 nömrəli Əlavədə göstərilən maddələrin inqrediyent kimi istifadəsinə icazə verilmir.

5.2. Siqaretlərin və bükülmüş tütün məmulatları üçün tütün məhsullarının istehsalı üçün vacib olan əlavələrin (məsələn, emal zamanı itirilmiş şəkəri bərpa etmək üçün şəkərin əlavə edilməsi) istifadəsi qadağan edilmir o şərtlə ki, bu əlavələr tütün məmulatlarının toksikliyini və KMR xüsusiyyətlərini əhəmiyyətli və ya ölçülə bilən səviyyədə artırmasın.

5.3. Tərkibində aşağıdakı əlavələr olan tütün məmulatlarının bazarda dövriyyəyə buraxılması qadağan edilir:

5.3.1. tütün məmulatlarının sağlamlıq üçün faydalı olması və ya sağlamlıq üçün risklərin azaldılması təəssüratı yaradan vitaminlər və digər əlavələr;

5.3.2. kofein və ya taurin və ya enerji və həyat qüvvəsi ilə əlaqəli digər əlavələr və stimullaşdırıcı birləşmələr;

5.3.3. buraxılan zərərli maddələrə rəngverici xüsusiyyətlərinə malik əlavələr;        5.3.4. çəkilən tütün məmulatlarına münasibətdə - nikotinin tənəffüs sistemi vasitəsilə daxil olmasını və onun istehlakını asanlaşdıran əlavələr;

5.3.5. KMR xüsusiyyətlərinə yanmamış formada malik olan əlavələr.

5.4. Kapsul vasitəsi ilə tütün məmulatının qoxusunu və ya dadını və ya tüstünün intensivliyini dəyişdirə bilən və kapsulunda ətirli maddələr olan siqaretlərin və bükülmüş tütün məmulatları üçün tütün məhsullarının bazarda dövriyyəyə buraxılması qadağan edilir.

5.4.1. Siqar və siqarillalar istisna olmaqla, filtrlərdə, kağızlarda və kapsullarda tütün və ya nikotin olmamalıdır.

5.5. Ağızda istifadə üçün tütün məmulatlarının bazarda dövriyyəyə buraxılmasına icazə verilmir.

5.6. Nikotin tərkibli mayelər ilə təkrar doldurulması nəzərdə tutulmuş elektron siqaretlərin, nikotin tərkibli mayelərin istifadəsi üçün nəzərdə tutulmuş açıq tipli cihazların və ya nikotin tərkibli mayelər ilə doldurula bilən açıq tipli qabların və konteynerlərin bazarda dövriyyəyə buraxılmasına icazə verilmir.

5.7. Tütün məmulatlarının toksikliyini və KMR xüsusiyyətlərini əhəmiyyətli və ya ölçülə bilən səviyyədə artıra bilən miqdarda əlavələr olan tütün məmulatlarının bazarda dövriyyəyə buraxılması elmi nailiyyətlərə əsaslanaraq qadağan edilməlidir.

5.7.1. Əlavənin və ya onun müəyyən bir miqdarının tütün məmulatından yaranan asılılığın, onun toksikliyinin və KMR xüsusiyyətlərinin artırması sübut olunarsa və bu reqlamentin 5.7-ci bəndinə uyğun olaraq qadağaya səbəb olarsa, səlahiyyətli orqan normativ hüquqi aktlar vasitəsilə həmin əlavənin yol verilən hədd səviyyəsini müəyyən edə bilər.

5.8. Səlahiyyətli orqan tərəfindən bu reqlamentin 5.2-ci və 5.4-cü bəndlərində göstərilmiş qadağalara və şərtlərə yenidən baxıla bilər və normativ hüquqi aktlar vasitəsilə dəyişdirilə bilər.

5.9. Səlahiyyətli orqan tərəfindən texniki normativ hüquqi aktlar vasitəsilə tütün məmulatlarından ayrılan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini, habelə tütün məmulatlarının digər emissiyalarının yol verilən hədd səviyyələrini müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir.

5.10. Tütün məmulatlarının emissiyalarına (ayrılan maddələrə) və onların səviyyələrinə dair tələblər.

5.10.1. Bir siqaretin tüstüsündə:

5.10.1.1. qatranın miqdarı - 10,0 milliqramdan çox olmamalıdır;

5.10.1.2. nikotinin miqdarı - 1,0 milliqramdan çox olmamalıdır;

5.10.1.3. karbon monooksidin miqdarı - 10 milliqramdan çox olmamalıdır.

5.10.2. Qızdırılan tütün məmulatlarının, elektron siqaretlərin və nikotin tərkibli mayelərin aerozolunda karbon monoksidin və azot oksidlərinin miqdarı aşağıda göstərilən həddən artıq olmamalıdır:

5.10.2.1. karbon monoksid, (CO) - 0,3 mq/100sm3;

5.10.2.2. azot oksidi, (NO) - 4,0 mkq/100sm3;

5.10.2.3. azot oksidləri, (NOx) - 5,0 mkq/100sm3.

5.11. Elektron siqaretlərin və nikotin tərkibli məmulatların tərkibinə dair tələblər.

5.11.1. Elektron siqaretlərin və nikotin tərkibli məmulatların istehsalında yalnız yüksək təmizlikli komponentlərdən istifadə olunmalıdır:

5.11.1.1. saflığı ən azı 98% olan nikotin, nikotin duzları;

5.11.1.2. saflığı ən azı 94% olan distillə edilmiş qliserin;

5.11.1.3. saflığı ən azı 95% olan propilenqlikol.

5.11.2. Nikotin tərkibli mayelərin və məmulatların tərkibində bu reqlamentin 5.3-cü bəndində göstərilən əlavələr olmamalıdır.

5.11.3. Nikotin tərkibli mayelərin və məmulatların tərkibində bu reqlamentin 6.3.4.2-ci yarımbəndində qeyd olunan komponentlərdən başqa digər maddələrin yalnız izləri ola bilər.

5.11.4. Elektron siqaretlərdə və ya birdəfəlik kartriclərdə nikotin tərkibli mayenin tutumu 2 ml-dən çox olmamalıdır.

5.11.5. Nikotin tərkibli mayelərdə nikotinin miqdarı 20 mq/ml-dən çox olmamalıdır.

5.11.6. Nikotin istisna olmaqla, nikotin tərkibli mayedə qızdırılan və ya qızdırılmayan halda insan sağlamlığı üçün təhlükə yaratmayan komponentlərdən istifadə edilməlidir.

5.11.7. Elektron siqaretlər normal istifadə şəraitində nikotini müvafiq səviyyədə olan dozalarda çatdırmalıdır.

5.11.8. Elektron siqaretlər, kartriclər və flakonlar uşaqlar üçün əlçatmaz olmalı, xarici təsirlərə, sızma və qırılma təhlükəsinə davamlı olmalıdır.

5.11.9. Ağızdan istifadə edilən nikotin tərkibli məmulatların tərkibinə dair tələblər.

5.11.9.1. nikotinin ümumi miqdarı 20 milliqramdan çox olmamalıdır.

5.11.9.2. məmulatda nikotin birləşmələri istifadə olunarsa, onların hamısında olan nikotinin miqdarının cəmi 20 milliqramdan çox olmamalıdır.

5.11.9.3. Məmulatın pH dəyəri 9.1-dən çox olmamalıdır.

5.11.9.4. Əgər kisənin su aktivliyi məhsulun istismar müddəti ərzində istənilən vaxt 0,7-dən çox olarsa, mikrobioloji aktivliyə xüsusi diqqət yetirilməklə toksikoloji risklərin və istehsalat risklərinin əlavə qiymətləndirilməsi aparılmalı, həmçinin mikrobioloji təhlükələrə nəzarət etmək üçün məmulatın risklərinin idarə edilməsinə dair tədbirlər həyata keçirilməlidir.

5.11.9.5. Kisələrin materialları qida məhsulları ilə təmasda olmaq üçün nəzərdə tutulan materiallara və məhsullara dair tələblərə cavab verməlidir.

5.11.9.6. Ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar uşaqlar üçün əlçatmaz olmalı, xarici təsirlərə və səpələnmə təhlükəsinə davamlı olmalıdır.

5.12. Qızdırılan tütün məmulatlarının tərkibinə dair tələblər:

5.12.1. Qızdırılan tütün məmulatlarında aşağıdakı xammaldan istifadə oluna bilər:

5.12.1.1. fermentləşdirilmiş tütün xammalı;

5.12.1.2. ən azı 7% nəmliyi olan yenidən emal edilmiş tütün;

5.12.1.3. əsas hissəsindən (gövdəsindən) ayrılmış və ya ayrılmamış, rütubətliliyi ən azı 6% olan xam tütün;

5.12.1.4. saflığı ən azı 94% olan distillə edilmiş qliserin;

5.12.1.5. saflığı ən azı 95% olan propilenqlikol.  

5.12.2. Qızdırılan tütün məmulatının istehsalçı tərəfindən müəyyən edilmiş xüsusiyyətlərini dəyişmədən saxlayan digər xammal və materiallardan, habelə dadlandırıcılardan istifadəyə icazə verilir.

5.13. Tütün məmulatlarının emissiyalarının və tərkibində olan maddələrin sınaqlarına dair tələblər bu Reqlamentin 3 nömrəli Əlavəsində göstərilən istinad standartları ilə müəyyən edilir.

5.13.1. Elmi-texniki nailiyyətlər və ya beynəlxalq səviyyədə razılaşdırılmış standartlar əsasında qatran, nikotin və karbon monoksidi emissiyalarının, habelə siqaretlərdən ayrılan digər emissiyaların və siqaretlərdən başqa digər tütün məmulatlarından ayrılan zərərli maddələrin emissiyalarının ölçülməsi üçün yeni texniki normativ hüquqi aktlar qəbul edilə və istifadə oluna bilər.

5.13.2. Sınaqlar səlahiyyətli orqanın akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparılmalıdır.

5.13.4. Sınaqlar səlahiyyətli orqanın akkreditasiya edilmiş sınaq laboratoriyalarının imkanı xaricində olduqda, Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada akkreditasiya edilmiş digər sınaq laboratoriyalarda aparılır. Bu laboratoriyalar respublika ərazisində olmadıqda isə digər dövlətlərin akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən aparılmış müvafiq ekspertizaların nəticələrindən istifadə olunur.

5.13.5. Bu laboratoriyalar birbaşa və ya dolayı yolla tütün sənayesinin mülkiyyətində və ya nəzarətində olmamalıdır.

6. Tütün məmulatları haqqında məlumatların təqdim edilməsi

6.1. İnqrediyentlər və emissiyalar haqqında hesabat.

6.1.1. İstehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi) və ya idxalçı (satıcı) tərəfindən səlahiyyətli orqana istehsal və ya idxal edilmiş və bazarda dövriyyəyə buraxılmış tütün məmulatlarının adı, markası (əmtəə nişanı, ticarət nişanı, brend) və növü ilə yanaşı aşağıdakılar barədə məlumatları təqdim edilməlidir.

6.1.1.1. tütün məmulatının istehsalında istifadə olunmuş və məmulatın tərkibində çəkisinin azalma qaydasında bütün inqrediyentlərin siyahısı;

6.1.1.2. tütün məmulatının bu reqlamentin 5.10-cu bəndində göstərilən emissiyaları və onların səviyyələri barədə məlumatlar;

6.1.1.3. tütün məmulatının digər emissiyaları və onların səviyyələri barədə  məlumatlar (olduğu halda);

6.1.2. Bu reqlamentin 6.1.1-ci yarımbəndində göstərilən inqrediyentlərin siyahısı, onların müəyyən tütün məmulatına əlavə edilməsinin səbəblərini göstərən bildirişlə  müşayiət olunmalıdır.

6.1.2.1. Bu siyahıda kimyəvi maddələrin qeydiyyatı,  qiymətləndirilməsi, icazəsi və məhdudlaşdırılması sahəsində Azərbaycan Respublikasında qüvvədə olan texniki reqlament üzrə inqrediyentlərin qeydiyyata alınıb-alınmaması göstərilməlidir.

6.1.3. Bu reqlamentin 6.1.1-ci yarımbəndində göstərilən inqrediyentlərin siyahısı həmçinin yanmış və ya yanmamış formada olan inqrediyentlərə dair, xüsusi ilə onların asılılıq yaratması təsiri nəzərə alınmaqla və istehlakçının sağlamlığına təsiri göstərilməklə, müvafiq toksikoloji məlumatlar ilə müşayiət olunmalıdır.

6.1.4. Həmçinin, istehsalçı və ya idxalçı tərəfindən siqaretlərdə və bükülmüş tütün məmulatları üçün tütün məhsullarında istifadə olunan əlavələrin və onların xüsusiyyətlərinin ümumi təsvirini özündə əks etdirən texniki sənədlər təqdim edilməlidir.

6.1.5. İstehsalçılar və idxalçılar bu reqlamentin 5.13.1-ci yarımbəndində qeyd olunan emissiyalar istisna olmaqla, siqaretlərdən başqa digər tütün məmulatlarından ayrılan zərərli maddələrin emissiyalarının ölçülməsi üçün istifadə etdikləri üsullar barədə məlumatları təqdim etməlidir.

6.1.6. İstehsalçılar və ya idxalçılar, inqrediyentlərin asılılıq yaratma xüsusiyyətini və toksiki təsirini nəzərə almaqla, onların sağlamlığa təsirlərini qiymətləndirmək üçün təyin edilmiş tədqiqatları aparmağa məcbur edilə bilər.

6.2. Tütün məmulatlarına qatılan əlavələrin prioritet siyahısı və genişləndirilmiş hesabat öhdəlikləri.

6.2.1. Bu reqlamentin 6.1-ci bəndində qeyd olunan hesabat öhdəliklərinə əlavə olaraq, siqaretlərin və bükülmüş tütün məmulatları üçün tütün məhsullarının tərkibində olan və prioritet siyahısına daxil edilmiş bəzi əlavələr üzrə genişləndirilmiş hesabat öhdəlikləri də tətbiq  edilir.

6.2.2. Səlahiyyətli orqan bu əlavələrin prioritet siyahısını yaratmaq və sonradan yeniləmək üçün texniki normativ aktlar qəbul edir.

6.2.3. Bu siyahıya aşağıdakı əlavələr aid edilir:

6.2.3.1. ilkin sənədlərdə, aparılmış tədqiqatlarda və ya digər texniki normativ aktlarda bu reqlamentin 6.2.4.1-ci yarımbəndi ilə müəyyən edilmiş xüsusiyyətlərdən birinə malik olduğunu ehtimal etməyə əsas verən;

6.2.3.2. bu reqlamentin 6.1.1-ci və 6.1.3-6.1.6-cı yarımbəndlərində göstərilən hesabata müvafiq olaraq çəki və ya kəmiyyət baxımından ən çox yayılmış əlavələr arasında olan.

6.2.4. Bu reqlamentin 6.2.1-ci yarımbəndində qeyd olunan prioritetlər siyahısına daxil edilmiş əlavəni ehtiva edən siqaret və bükülmüş tütün məmulatları üçün tütün məhsullarının istehsalçıları və ya idxalçıları hər bir əlavəyə dair hərtərəfli tədqiqatlar aparmalıdır.

6.2.4.1. Tədqiqatlar əlavənin aşağıdakı xüsusiyyətlərini müəyyən etmək məqsədi ilə aparılır:

6.2.4.1.1. toksikliyin və ya müəyyən bir tütün məmulatına asılılıq yaratma xüsusiyyətinin olması;

6.2.4.1.2. toksiklik dərəcəsinin və ya müəyyən bir tütün məmulatına asılılıq yaratma xüsusiyyətinin əhəmiyyətli və ya nəzərə çarpan səviyyədə artırması;

6.2.4.1.3. yeni növ və ya əlavə hissli qoxu və dadın əmələ gətirməsinə səbəb olması;

6.2.4.1.4. tənəffüs sistemi vasitəsilə nikotinin qəbul edilməsinin və ya istehlakının asanlaşdırması;

6.2.4.1.5. KMR xüsusiyyətləri olan maddələrin əmələ gəlməsinə, habelə KMR xüsusiyyətlərinin əhəmiyyətli və ya nəzərə çarpan səviyyədə artmasına səbəb olması.

6.2.4.2. Bu tədqiqatlar müvafiq tütün məmulatının nəzərdə tutulan istehlak təyinatını nəzərə almalıdır və xüsusi ilə yanma prosesi nəticəsində, o cümlədən müvafiq əlavənin, yaranan emissiyaları müəyyən etməlidir.

6.2.4.3. Tədqiqat həmçinin müəyyən edilmiş əlavənin müvafiq tütün məmulatının tərkibində olan digər komponentlərlə qarşılıqlı təsirini müəyyən etməlidir.

6.2.5. İstehsalçılar və ya idxalçılar tərəfindən bu tədqiqatların nəticələrinə dair hesabat hazırlanmalıdır.

6.2.5.1. Hesabata əlavə haqqında mövcud elmi ədəbiyyatın qısa və hərtərəfli icmalı və əlavənin təsiri haqqında daxili məlumatların xülasəsi daxil edilməlidir.

6.2.6. İstehsalçılar və idxalçılar bu reqlamentin 6.2.5-ci yarımbəndində adıçəkilən hesabatları əlavənin prioritet siyahısına daxil edildiyi gündən ən geci 18 ay müddətində təqdim etməlidirlər.

6.3. Elektron siqaretlər üçün təqdim olunan hesabat.

6.3.1. Elektron siqaretlərin istehsalçıları və idxalçıları səlahiyyətli orqana bazarda dövriyyəyə buraxılma və ya dövriyyədən çıxarılma niyyətində olduqları hər hansı məmulatlar barədə bildiriş təqdim etməlidirlər.

6.3.2. Bildiriş məmulatın bazarda dövriyyəyə buraxılması nəzərdə tutulduğu tarixdən altı ay əvvəl elektron şəkildə göndərilməlidir.

6.3.3. Bazarda mövcud olan elektron siqaretlər üçün bildiriş bu reqlament qüvvəyə mindiyi tarixdən sonra altı aydan gec olmayaraq təqdim edilməlidir.

6.3.4. Elektron siqaretlər üçün təqdim olunan bildirişdə aşağıdakı məlumatlar olmalıdır:

6.3.4.1. istehsalçının və ya idxalçının və ya səlahiyyətli nümayəndənin adı və əlaqə məlumatları;

6.3.4.2. məmulatın markasına və növünə uyğun olaraq, onun tərkibində olan komponentlərin və onun istifadəsi zamanı ayrılan zərərli maddələrin siyahısı və miqdarı;

6.3.4.3. asılılıq yaratma təsiri nəzərə alınmaqla, məmulatın istifadəsi, o cümlədən termik təsiri, xüsusi ilə inhalyasiyası zamanı buraxılan komponentlərə və maddələrə, onların istehlakçıların sağlamlığına göstərilən təsirinə dair toksikoloji məlumatlar;

6.3.4.4. normal və ağıla batan şəraitdə istehlak edildikdə nikotinin dozaları və udulması ilə bağlı məlumat;

6.3.4.5. məmulatın tərkib hissələrinin, o cümlədən zəruri hallarda elektron siqaretin işlək vəziyyətdən söndürülməsi üçün mexanizmin təsviri;

6.3.4.6. istehsal metodlarının təsviri, istehsal metodlarının və onlarla əlaqəli proseslərin bu reqlamentin tələblərinə əməl olunmasına zəmanətin verilməsi barədə bəyanat;

6.3.4.7. elektron siqaretlər bazarda dövriyyəyə buraxıldıqda və normal və  ağıla batan şəraitə uyğun istifadə edildikdə onların keyfiyyətinə və təhlükəsizliyinə görə istehsalçının və ya idxalçının və ya səlahiyyətli nümayəndənin məsuliyyət daşıması barədə bəyanat.

6.4. Ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar üçün təqdim olunan hesabat.

6.4.1. Ağızdan istifadə edilən nikotin tərkibli məmulatların istehsalçıları və idxalçıları səlahiyyətli orqana bazarda dövriyyəyə buraxılma və ya dövriyyədən çıxarılma niyyətində olduqları hər hansı məmulatlar barədə bildiriş təqdim etməlidirlər.

6.4.2. Bildiriş məmulatın bazarda dövriyyəyə buraxılması nəzərdə tutulduğu tarixdən altı ay əvvəl elektron şəkildə göndərilməlidir.

6.4.3. Bazarda mövcud olan ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar üçün bildiriş bu reqlament qüvvəyə mindiyi tarixdən sonra altı aydan gec olmayaraq təqdim edilməlidir.

6.4.4. Ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar üçün təqdim olunan bildirişdə aşağıdakı məlumatlar olmalıdır:

6.4.4.1. istehsalçının və ya idxalçının və ya səlahiyyətli nümayəndənin adı və əlaqə məlumatları;

6.4.4.2. məmulatın tərkibində olan nikotinin, nikotin birləşmələrinin və digər komponentlərin və onun istifadəsi zamanı ayrılan zərərli maddələrin siyahısı və miqdarı;

6.4.4.3. asılılıq yaratma təsiri nəzərə alınmaqla, məmulatın istifadəsi zamanı ağızın selikli qişa vasitəsi ilə ağızdan həzm olunan nikotinə və digər maddələrə, onların istehlakçıların sağlamlığına göstərilən təsirinə dair toksikoloji məlumatlar;

6.4.4.4. normal və ağıla batan şəraitdə istehlak edildikdə nikotinin həzm olunma dozaları bağlı məlumat;

6.4.4.5. məmulatın və onun tərkib hissələrinin təsviri;

6.4.4.6. istehsal metodlarının təsviri, istehsal metodlarının və onlarla əlaqəli proseslərin bu reqlamentin tələblərinə əməl olunmasına zəmanətin verilməsi barədə bəyanat;

6.4.4.7. ağızdan istifadə edilən nikotin tərkibli məmulatlar bazarda dövriyyəyə buraxıldıqda və normal və  ağıla batan şəraitə uyğun istifadə edildikdə onların keyfiyyətinə və təhlükəsizliyinə görə istehsalçının və ya idxalçının və ya səlahiyyətli nümayəndənin məsuliyyət daşıması barədə bəyanat.

7. Tütün məmulatlarının nişanlanması və qablaşdırılması

7.1. Hər bir tütün məmulatının qablaşdırma vahidində (paçkada, qutuda) və hər hansı xarici qablaşdırmada tütün məmulatlarının istehlakçıları üçün məlumatlar göstərilir.

7.1.1. Bu reqlamentin 7.1-ci bəndində qeyd olunan məlumatlar aşağıdakılardan ibarət olmalıdır:

7.1.1.1. tütün məmulatının növünün adı;

7.1.1.2. tütün məmulatının adı;

7.1.1.3. istehsalçının, istehsalçının səlahiyyətli nümayəndəsinin və ya idxalçının adı və onun yeri (ölkə, ünvan, o cümlədən faktiki ünvan) və (və ya) nəzarət edən təşkilatın (olduğu təqdirdə) adı və onun yeri (ölkə və ünvan, o cümlədən faktiki ünvan);

7.1.1.4. istehsalçı tərəfindən istehlakçılardan iddiaları qəbul etmək səlahiyyətinə malik, Respublika ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxsin adı, onun olduğu yer (ölkə və ünvan, o cümlədən faktiki ünvan);

7.1.1.5. filtrin olması haqqında məlumat (filtrli çəkilən tütün məmulatları üçün);

7.1.1.6. ədəd sayı haqqında (tək-tək tütün məmulatları üçün) və ya xalis çəkisi (qramla) haqqında məlumat (çəkilən tütün məmulatları üçün);

7.1.1.7. məmulatın uyğunluq nişanı;

7.1.1.8. tütün məmulatının istehsal ayı və ili haqqında məlumatlar.

7.1.2. İstehlak qablaşdırmasına vurulan məlumat etibarlı olmalıdır, istehlakçıları çaşdırmamalıdır və Azərbaycan dilində çap edilməlidir.

7.1.2.1. İxrac edilən tütün məmulatlarının qablaşdırma vahidinin və hər hansı xarici qablaşdırmanın tərtibatı başqa dildə də aparıla bilər.

7.1.3. Tütün məmulatının hər bir paçkasının (qutunun) və hər hansı xarici qablaşdırmasının üzərində tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları olmalıdır.  

7.1.4. Tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları paçkanın (qutunun) və hər hansı xarici qablaşdırmanın üzərində onlar üçün nəzərdə tutulmuş bütün səthi əhatə etməlidir, onlar şərh edilməməli, başqa şəkildə ifadə edilməməli və hər hansı formada onlara istinadlar edilməməlidir.

7.1.5. Tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları paçkaya (qutuya) və hər hansı xarici qablaşdırmaya elə vurulmalıdır ki, onların tam görünən şəkildə yerləşdirilməsi təmin edilsin, onların silinməsi və ya tamlığının pozulması mümkün olmasın.

7.1.6. Tütün məmulatlarının istehlak bazarında dövriyyəyə buraxılma zamanı xəbərdarlıq yazıları aksiz markası, qoruma elementləri, üz örtüyü, qutular və ya digər əşyalarla qismən və ya tamamilə gizlədilməməli və onlarla kəsişməməlidir.

7.1.7. Tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları paçka (qutu) açıldıqda dəyişməz qalmalıdır.

7.1.8. Qatlanan qapaqlı qablaşdırma vahidlərində qapağın açılması zamanı cırılma halı olduqda belə, tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazılarının qrafik bütövlüyü və mətnin görünəcəyi təmin edilməlidir.

7.1.9. Tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları heç bir şəkildə aksiz markalarını, məmulatların eyniləşdirmə və izləmə nişanlarını və ya paçkalardakı (qutulardakı) qoruma elementlərini gizlətməməli və ya onlarla kəsişməməlidir.

7.1.10. Bu reqlamentin 7.2-7.5-ci bəndlərində göstərilən xəbərdarlıq yazılarının ölçüləri ağzı bağlı qablaşdırma vahidinin müvafiq səthinə uyğun olaraq hesablanmalıdır.

7.1.11. Bu reqlamentin 7.4-cü bəndinin bütün yarımbəndlərində göstərilən şərtlər nəzərə alınmaqla, tütün məmulatının istehlakının zərəri haqqında xəbərdarlıq yazıları onlar üçün nəzərdə tutulmuş səthin içində 1 mm qalınlığında qara rəngli çərçivəyə alınmalıdır.

7.1.12. Azərbaycan Respublikası ərazisində istehlakçılara təqdim olunan hər bir tütün məmulatının qablaşdırma vahidlərinin (paçkaların, qutuların) və hər hansı xarici qablaşdırmanın görünüşü bu reqlamentin bu hissəsinin müddəalarına uyğun olmalıdır.

7.1.13. Siqaret paçkası düzbucaqlı paralelepiped formasında olmalıdır. 

7.1.14. Bükülmüş tütün məmulatları üçün tütün məhsulları üçün tütün qutuları kub və ya silindr formasında və ya kisə formasında olmalıdır.

7.1.15. Bir siqaret paçkasının içində ən azı 20 siqaret olmalıdır.

7.1.16. Bükülmüş tütün məmulatları üçün tütün məhsulları üçün tütün qutusunun içində ən azı 30 qram tütün olmalıdır.

7.2. Çəkilən tütün məmulatının hər bir paçkasının (qutunun) və xarici qablaşdırmasının üzərində ümumi xarakterli xəbərdarlıq yazısı və məlumat xarakterli yazı olmalıdır.

 7.2.1. Ümumi xarakterli xəbərdarlıq yazısının mətni aşağıdakı kimi olmalıdır:

7.2.1.1. Siqaretlərdə, bükülmüş tütün məmulatları üçün tütün məhsullarında və qəlyan tütünü məmulatlarında:

7.2.1.1.1. “Tütün çəkmək öldürür” və ya

7.2.1.1.2. “Tütündən istifadə Sizin sağlamlığınıza ziyan vurur” və ya

7.2.1.1.3. “Siqaret çəkmək Sizin sağlamlığınıza ziyan vurur”.

7.2.1.2. Digər tütün məmulatlarında 7.2.1.1. yarımbəndində göstərilən  yazılardan biri və ya

 7.2.1.2.1. “Bu məmulatın tərkibində asılılıq yaradan nikotin maddəsi var”.

 7.2.2. Məlumat xarakterli yazının mətni aşağıdakı kimi olmalıdır:

 7.2.2.1. “Tütün tüstüsünün tərkibində 70-dən çox xərçəng yaradan maddə var”.

7.2.3.  Düzbucaq paralelepiped formalı siqaret paçkalarında və bükülmüş tütün məmulatları üçün tütün məhsullarının qablaşdırma qutularında ümumi xarakterli xəbərdarlıq yazıları hər bir böyük səthin aşağı hissəsində, məlumat xarakterli yazılar isə yan səthdə yerləşməlidir.

7.2.3.1. Bu yazılarının eni ən azı 20 mm olmalıdır.

7.2.4. Qapağı açıldıqda yan tərəfləri iki hissəyə ayrılan qutu formasında olan açılan qapaqlı (şarnirli) paçkalarda ümumi xarakterli xəbərdarlıq yazıları və məlumat yazıları ölçüsü daha böyük olan hissənin üzərində yerləşməlidir.

7.2.4.1. Bu  növ qablaşdırmanın yan səthlərinin hündürlüyü ən azı 16 mm olmalıdır.

7.2.5. Kisələrdə bazarda dövriyyəyə buraxılan bükülmüş tütün məmulatları üçün tütün məhsullarının zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazıları və məlumat xarakterli yazılar onların tam görünməsini təmin edən səthlərdə yerləşdirilməlidir.

7.2.5.1. Bükülmüş tütün məmulatları üçün tütün məhsullarının silindrik formalı qablaşdırılmasında ümumi xarakterli xəbərdarlıq yazıları qapağın xarici səthində, məlumat xarakterli yazılar isə qapağın daxili səthində yerləşdirilməlidir.

7.2.5.2. Həm ümumi xarakterli xəbərdarlıq yazısı, həm də məlumat xarakterli yazısı tətbiq olunduğu səthin 30%-ni tutmalıdır.

7.2.6. bu reqlamentin 7.2.1-ci və 7.2.2-ci yarımbəndlərində qeyd olunan ümumi xarakterli xəbərdarlıq yazısı və məlumat yazısı aşağıdakıları təmin etməlidir:

7.2.6.1. yazılar qalın Helvetica şriftində aydın oxunan şəkildə çap olunmalıdır;

7.2.6.2. şriftin ölçüsü yazıların müvafiq mətnlərin mümkün olan maksimum səthi əhatə etməsini təmin etməlidir;

7.2.6.3. düzbucaq formasında olan qablaşdırma vahidində və xarici qablaşdırmada onlar paçkanın (qutunun) və ya xarici qablaşdırmanın yan kənarına paralel olmalıdır.

7.2.7. Səlahiyyətli orqan tərəfindən bu reqlamentin 7.2.1-ci yarımbəndində göstərilən ümumi xarakterli xəbərdarlıq yazılarının mətninə və 7.2.2-ci yarımbəndində göstərilən məlumat yazısının ifadəsinə elmi nailiyyətlərə və bazar inkişafı tendensiyalarına uyğunlaşdırmaq üçün dəyişiklik edə bilər.

7.2.8. Səlahiyyətli orqan texniki normativ hüquqi aktlar vasitəsilə, müxtəlif kisə formalarını nəzərə alaraq, kisələrdə bazarda dövriyyəyə buraxılan bükülmüş tütün məmulatları üçün tütün məhsulları üçün ümumi xarakterli xəbərdarlıq yazısının və məlumat yazısının dəqiq yerləşməsini müəyyən etməlidir.

7.3. Siqaretlər, bükülmüş tütün məmulatları üçün tütün məhsulları və qəlyan tütünü istisna olmaqla, digər çəkilən tütün məmulatlarında bu reqlamentin 7.2.2. yarımbəndi ilə nəzərdə tutulmuş məlumat xarakterli yazısını yerləşdirmək öhdəliyindən azad edilməyə yol verilir.

7.3.1. Bu reqlamentin 7.3. bəndində nəzərdə tutulmuş azad edilmə halında ümumi xarakterli xəbərdarlıq yazıları paçkanın (qutunun) və xarici qablaşdırmanın ən görünən səthində yerləşdirilməlidir.

7.3.2. Bu reqlamentin 7.2.1. bəndində göstərilən ümumi xarakterli xəbərdarlıq yazısı paçkanın (qutunun) və hər hansı xarici qablaşdırmanın müvafiq səthinin 30% sahəsini əhatə etməlidir.

7.3.3. Bu reqlamentin 7.3. bəndində göstərilən tütün çəkmənin zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazıları 150 sm2-dən çox olan səthə vurulmalı olduğu halda, yazı 45 sm2 sahəni əhatə etməlidir.

7.3.4. Bu reqlamentin 7.2.1. bəndində göstərilən tütün çəkmənin zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazıları bu reqlamentin 7.2.6-cı yarımbəndində göstərilən tələblərə uyğun olmalıdır.

7.3.4.1. Tütün çəkmənin zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazılarının mətni xəbərdarlıqlar üçün nəzərdə tutulmuş səthdə əsas mətnə ​​paralel yerləşdirilməlidir.

7.3.4.2. Tütün çəkmənin zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazıları eni 3 millimetrdən az və 4 millimetrdən çox olmayan qalınlığında qara rəngli çərçivəyə alınmalıdır.

7.3.4.3. Göstərilən çərçivə tütün çəkmənin zərəri haqqında ümumi xarakterli xəbərdarlıq yazıları üçün nəzərdə tutulmuş səthdən kənarda yerləşdirilməlidir.

7.3.5. Səlahiyyətli orqan müvafiq texniki normativ hüquqi aktlar vasitəsi ilə istənilən məmulat növü üçün bu reqlamentin 7.3-cü bəndində göstərilən azad edilməni ləğv edə və ya dəyişdirə bilər.

7.4. Elektron siqaretlərin və ya flakonların və ya kartriclərin, ağızdan istifadə edilən nikotin tərkibli məmulatların nişanlanmasına və qablaşdırılmasına dair tələblər.

7.4.1. Elektron siqaretlərin və ya flakonların və ya kartriclərin, ağızdan istifadə edilən nikotin tərkibli məmulatların hər bir qablaşdırma vahidinin və hər hansı xarici qablaşdırmasının üzərində nikotinin zərəri haqqında aşağıdakı xəbərdarlıq yazısı olmalıdır:

7.4.1.1. "Bu məmulatın tərkibində asılılıq yaradan nikotin maddəsi var."

7.4.2. Bu reqlamentin 7.4.1.1. yarımbəndində göstərilən xəbərdarlıq yazısı aşağıdakı tələblərə uyğun olmalıdır:

7.4.2.1. cihazın qablaşdırma vahidinin ön və/və ya arxa səthlərində göstərilməlidir;

7.4.2.2. qablaşdırma vahidi bağlı olduqda müvafiq səthin sahəsinə nisbətdə hesablanan həmin səthlərin hər birinin sahəsinin 30%-ni əhatə etməlidir;

7.4.2.3. bu reqlamentin 7.2.6-cı yarımbəndində göstərilən tələblərə uyğun olmalıdır.

7.4.2.4. bu xəbərdarlıq üçün nəzərdə tutulmuş səthdə əsas mətnə ​​paralel yerləşdirilməlidir.

7.4.2.5. silinməz boya ilə birbaşa qablaşdırmaya çəkilməli və sellofan və ya digər şəffaf qablaşdırma altında aydın görünməlidir.

7.4.3. Elektron siqaretlərin və ya flakonların və ya kartriclərin, ağızdan istifadə edilən nikotin tərkibli məmulatların hər bir qablaşdırma vahidində aşağıdakı məlumatlar barədə broşürlar olmalıdır:

7.4.3.1. məmulatın gənclər və siqaret çəkməyən şəxslər tərəfindən istifadəsi üçün tövsiyə edilmədiyi barədə qeyd daxil olmaqla onun istismar (istifadə) və saxlanma qaydaları haqqında;

7.4.3.2. əksgöstərişlər barədə;

7.4.3.3. xüsusi risk qrupları üçün xəbərdarlıqlar barədə;

7.4.3.4. mümkün ola bilən neqativ nəticələr haqqında;

7.4.3.5. asılılıq effekti və toksiki təsir haqqında;

7.4.4. Elektron siqaretlərin, flakonların və kartriclərin, ağızdan istifadə edilən nikotin tərkibli məmulatların hər bir qablaşdırma vahidində və hər hansı xarici qablaşdırmasında:

7.4.4.1. məmulatda olan bütün komponentlərin çəkisinin azalma qaydasında siyahısı əks olunmalıdır;

7.4.4.2. məmulatın tərkibində nikotinin olması və hər bir dozası ilə nikotinin qəbul edilməsi barədə qeyd olunmalıdır;

7.4.4.4. məmulatın uşaqlardan əlçatmaz yerdə saxlanılması tövsiyə edilməlidir;

7.4.4.5. məmulatın seriya nömrəsi göstərilməlidir.

7.4.4.6. bu reqlamentin 7.6.1.3-7.6.1.6. yarımbəndlərində göstərilən element və ya material olmamalıdır;

7.5. Tüstüsüz tütün məmulatlarının və qızdırılan tütün məmulatlarının hər bir paçkasının (qutunun) və hər hansı xarici qablaşdırmasının üzərində tütünün istehlakının zərəri haqqında xəbərdarlıq yazısı olmalıdır.

7.5.1. Xəbərdarlıq yazısının mətni aşağıdakılardan biri olmalıdır:

7.5.1.1. "Bu tütün məmulatı sizin sağlamlığınıza zərər vurur və ondan asılılıq yaradır";

7.5.1.2. “Tütündən istifadə Sizin sağlamlığınıza ziyan vurur”.

7.5.2. Bu reqlamentin 7.5.1. yarımbəndində göstərilən tütünün istehlakının zərəri haqqında xəbərdarlıq bu reqlamentin 7.2.6-cı yarımbəndində göstərilən tələblərə uyğun olmalıdır.

7.5.3. Tütünün istehlakının zərəri haqqında xəbərdarlıq yazısının mətni bu xəbərdarlıq üçün nəzərdə tutulmuş səthdə əsas mətnə ​​paralel yerləşdirilməlidir.

7.5.4. Bundan əlavə, xəbərdarlıq yazısı aşağıdakılara uyğun olmalıdır:

7.5.4.1. qablaşdırma vahidinin (paçkanın, qutunun) və xarici qablaşdırmanın iki ən böyük səthində yerləşməlidir;

7.5.4.2. qablaşdırma vahidinin (paçkanın, qutunun) və xarici qablaşdırmanın 30% səthini əhatə etməlidir.

7.5.5. Səlahiyyətli orqan tərəfindən bu reqlamentin 7.5.1.1. yarımbəndində göstərilən tütünün istehlakının zərəri haqqında xəbərdarlıq yazısının ifadəsinə elmi nailiyyətlərə və bazar inkişafı tendensiyalarına uyğunlaşdırmaq üçün dəyişiklik edə bilər.

7.6. Tütün məmulatlarının bazarda təqdimatı.

7.6.1. Tütün məmulatlarının qablaşdırma vahidinin (paçkanın, qutunun) və hər hansı xarici qablaşdırmanın, eləcə də bilavasitə məmulatın özünün nişanlanmasında aşağıdakılara yol verən element və ya material olmamalıdır:

7.6.1.1. tütün məmulatlarının satışının təşviqi məqsədi ilə onlarda nikotin, qatran və karbon monoksidinin miqdarı haqqında məlumatları əks etdirən;

7.6.1.2. tütün məmulatlarının satışının təşviqi məqsədi ilə onlarda dadlandırıcı və ətirləndirici əlavələrlə kapsulların olmasını və ya olmamasını göstərən;

7.6.1.3. tütün məmulatlarının satışının təşviqinə və ya onların xüsusiyyətləri, sağlamlığa təsiri, riskləri və zərərli maddələrin buraxılması haqqında yanlış təsəvvür yaradılması yolu ilə istehlakının təşviqinə səbəb olan;

7.6.1.4. müəyyən bir tütün məmulatının insan sağlamlığına digər məmulatlardan daha az zərər vurduğunu və ya onun tütün tüstüsünün zərərli komponentlərinin təsirini azaltmağa yönəldiyini və ya onun enerjili, müalicəvi, cavanlaşdırıcı, təbii, orqanik xüsusiyyətlərə və ya sağlamlığa faydalı digər xüsusiyyətlərə malik olduğunu nəzərdə tutan;

7.6.1.5. qida məmulatı və ya kosmetik vasitə ilə oxşarlıq təşkil edən;

7.6.1.6. müəyyən bir tütün məmulatının bioloji parçalanma qabiliyyətinin artırdığını və ya digər ekoloji üstünlükləri nəzərdə tutan.

7.6.2. Qablaşdırma vahidində (paçkada, qutuda) və xarici qablaşdırmada çap olunmuş endirimli kuponlar, endirim təklifləri, pulsuz paylama, “ikisi birinin qiymətinə” təklifi və digər oxşar təkliflər vasitəsilə iqtisadi üstünlüklər təqdim edilməməlidir.

7.6.3. Bu reqlamentin 7.6.1-7.6.2. yarımbəndləri üzrə qadağan olunmuş elementlər və xüsusiyyətlər sırasına mətnlər, simvollar, adlar, simvolik və digər işarələr də aid edilir, lakin bunlarla məhdudlaşmır.

8. Tütün məmulatlarının dövriyyəsinin izlənilməsi.

8.1. Bütün tütün məmulatlarının qablaşdırma vahidləri (paçkaları, qutuları) unikal identifikatorla işarələnməlidir.

8.1.1. Unikal identifikatorun bütövlüyünü təmin etmək üçün o elə çap edilməli və ya tətbiq edilməlidir ki, onun silinməsi və ya çıxarılması mümkün olmasın, o aksiz markaları və ya məmulatın qiyməti etiketləri və ya qanunvericiliklə müəyyən edilmiş digər elementlər ilə gizlədilməməli və kəsişməməlidir və ya qutunun açılması zamanı cırılmamalıdır.

8.1.2. Əgər tütün məmulatı Azərbaycan Respublikasının hüdudlarından kənarda istehsal olunubsa, bu reqlamentin bu bəndi ilə müəyyən edilmiş öhdəliklər yalnız Azərbaycan bazarına yönəldilmiş və ya onun bazarında yerləşdirilmiş məmulatlara şamil olunur.

8.2. Unikal identifikator aşağıdakıları müəyyən etməyə imkan verməlidir:

8.2.1. istehsal tarixi və yeri;

8.2.2. istehsal edən sənaye müəssisəsi;

8.2.3. tütün məmulatının istehsalı üçün istifadə olunan avadanlıq;

8.2.4. iş növbəsi və ya istehsal vaxtı;

8.2.5. məmulatın təsviri;

8.2.6. ehtimal edilən pərakəndə satış bazarı;

8.2.7. təxmin edilən daşıma marşrutu;

8.2.8. idxalçını (məmulat idxal olunduğu halda);

8.2.9. istehsal olunan yerdən ilk pərakəndə satış müəssisəsinə qədər faktiki daşıma marşrutu, istifadə olunan bütün anbarlar, həmçinin göndərmə tarixi, təyinat yeri, yükün yola çıxması və qəbul edilməsi nöqtələri daxil olmaqla;

8.2.10. istehsaldan ilk pərakəndə satış müəssisəsinə qədər olan bütün alıcıların identifikasiyası;

8.2.11. istehsaldan ilk pərakəndə satış müəssisəsinə qədər olan bütün alıcıların  faktura bəyannaməsi, sifariş nömrəsi və ödəniş sənədləri.

8.3. Bu reqlamentin 8.2.1-8.2.7. yarımbəndlərində və lazım olduqda 8.2.8. yarımbəndində qeyd olunan məlumatlar unikal identifikatorun tərkib hissəsi olmalıdır.

8.4. Bu reqlamentin 8.2.9-8.2.11. yarımbəndlərində qeyd olunan məlumatlara unikal identifikatora qoşulma (əlaqələndirmə) vasitəsilə elektron formada əlçatanlıq təmin olunmalıdır.

8.5. İstehsalçıdan başlayaraq ilk pərakəndə satış müəssisəsindən əvvəl axırıncı iqtisadi fəaliyyət subyekti daxil olmaqla tütün məmulatlarının ticarətində iştirak edən bütün iqtisadi fəaliyyət subyektləri onların sərəncamına keçən bütün qablaşdırma vahidlərinin (paçkaların, qutuların) qəbulunu, eləcə də bütün aralıq hərəkətlərini və nəzarət altından çıxmasını qeyd etməlidir.

8.5.1. Bütün qablaşdırma vahidlərinin (paçkaların, qutuların) aşkar edilməsinin və izlənməsinin mümkün olması şərti ilə, qeyd olunan öhdəlik ümumi qablaşdırmanın, məsələn karton, daşınma qutusu və ya konteynerlərin işarələnməsi və qeydiyyatı vasitəsilə yerinə yetirilə bilər.  

8.6.Tütün məmulatları təchizatı sistemində iştirak edən bütün fiziki və hüquqi şəxslərin bütün müvafiq maliyyə əməliyyatlarının tam və dəqiq qeydinin aparılması təmin edilməlidir.

8.7. Tütün məmulatlarının istehsalçıları tərəfindən onlardan başlayaraq ilk pərakəndə satış müəssisəsindən əvvəl axırıncı iqtisadi fəaliyyət subyekti daxil olmaqla tütün məmulatlarının ticarətində iştirak edən bütün iqtisadi fəaliyyət subyektlərinə, o cümlədən idxalçılara, anbar və daşınma şirkətlərinə, satın alınmış, satılmış, saxlanılan və daşınan tütün məmulatlarının qeydiyyatı üçün lazım olan avadanlıqlar təqdim edilməlidir.

8.7.1. Qeyd olunan avadanlığın qeydiyyat məlumatlarını oxumaq və bu reqlamentin 8.8-ci yarımbəndinə uyğun olaraq elektron formada saxlamaq üçün yaddaş cihazına ötürmək imkanı olmalıdır.

8.8. Tütün məmulatlarının istehsalçıları və idxalçıları tərəfindən bütün müvafiq məlumatların saxlanması və yaddaş cihazında yerləşdirilməsi üçün müstəqil üçüncü tərəflə müqavilələrin bağlaması təmin edilməlidir.

8.8.1. Məlumatların saxlanması üçün yaddaş cihazı Azərbaycan Respublikası ərazisində yerləşməlidir.

8.8.2. Üçüncü tərəfin bu işlərin yerinə yetirilməsinə dair uyğunluğu, xüsusilə onun müstəqilliyi və texniki imkanları, eləcə də məlumatların saxlanması müqaviləsi yüksək texnologiyalar sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilməlidir.

8.8.3. Üçüncü tərəfin fəaliyyətinə müstəqil auditor tərəfindən nəzarət edilməlidir, auditorun namizədliyi tütün məmulatlarının istehsalçıları tərəfindən təklif edilməli və bu reqlamentin 8.8.2-ci yarımbəndində göstərilən orqan tərəfindən təsdiq edilməlidir.

8.8.4. Müstəqil auditorun məlumatların əldə edilməsi üçün məlumat saxlama cihazlarına tam giriş imkanları təmin edilməlidir.

8.8.5. Müstəqil auditor tütün məmulatlarının gigiyena qeydiyyatını aparan,  uyğunluğunu qiymətləndirən və dövriyyəsinə nəzarət edən müvafiq orqanlara hər il hər hansı pozuntuları, xüsusilə məlumatların əldə edilməsi üçün giriş imkanlarına dair, qiymətləndirən hesabat təqdim etməlidir.

8.9. Tütün məmulatları ticarətində iştirak edən iqtisadi fəaliyyət subyektləri tərəfindən qeydiyyata alınmış məlumatlar dəyişdirilməməli və ya silinməməlidir.

8.10. Fərdi məlumatla işlər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun aparılmalıdır.

8.11. Tütün məmulatlarının aşkar edilmə və izlənilmə sistemin yaradılması və onun işlədilməsi, həmçinin məmulatların unikal identifikatorla işarələnməsi, tütün məmulatları barədə məlumatların saxlanması və yaddaş cihazında yerləşdirilməsi işlərinin aparılmasına dair müvafiq texniki normativ hüquqi aktlar qəbul edilməlidir.

8.12. Bu reqlamentin 8.1-8.10. bəndlərində qeyd olunan tələblər bu Reqlament qüvvəyə mindiyi tarixdən etibarən siqaretlər və bükülmüş tütün məmulatları üçün tütün məhsullarına münasibətdə 1 (bir) il sonra, digər tütün məmulatlarına münasibətdə isə 2 (iki) il sonra tətbiq edilir.

9. Tütün məmulatlarının qablaşdırma vahidlərinin müdaxilədən qorunması məqsədi ilə müdafiəsi.

9.1. Bu reqlamentin 8-ci hissəsində göstərilən unikal identifikatora əlavə olaraq, bazarda dövriyyəyə buraxılan bütün tütün məmulatlarının qablaşdırma vahidləri (paçkaları, qutuları) icazəsiz müdaxilədən qorunması məqsədi ilə görünən və görünməyən elementlərdən ibarət bir müdafiə vasitəsinə malik olmalıdır.

9.1.1. Müdafiə vasitəsi elə çap edilməli və ya tətbiq edilməlidir ki, onun silinməsi və ya çıxarılması mümkün olmasın, o aksiz markaları və ya məmulatın qiyməti etiketləri və ya qanunvericiliklə müəyyən edilmiş digər elementlər ilə gizlədilməməli və ya kəsişməməlidir.

9.2. Aksiz markaları və ya milli uyğunluq nişanları bu reqlamentin bu bəndi ilə tələb olunan bütün texniki standartlara və xüsusiyyətlərə cavab verdiyi halda, onların müdafiə vasitəsi kimi istifadəsinə icazə verilə bilər.

9.3. Tütün məmulatlarının müdafiə vasitələrinə dair texniki standartlar və elmi-texniki nailiyyətlər və bazar inkişafı tendensiyalarına uyğun olaraq onların dəyişdirilməsi üçün müvafiq texniki normativ hüquqi aktlar qəbul edilməlidir.

9.4. Bu reqlamentin 9.1-ci bəndində qeyd olunan tələblər bu Reqlament qüvvəyə mindiyi tarixdən etibarən siqaretlər və bükülmüş tütün məmulatları üçün tütün məhsullarına münasibətdə 1 (bir) il sonra, digər tütün məmulatlarına münasibətdə isə 2 (iki) il sonra tətbiq edilir.

10. Tütün məmulatının bu Reqlamentin tələblərinə uyğun olmasının təmin edilməsi

10.1. Tütün məmulatının bu reqlamentin tələblərinə uyğunluğu birbaşa onun təhlükəsizlik tələblərini və ya istinad standartlarının tələblərini yerinə yetirməklə təmin edilir. İstinad standartlarının tələblərinə könüllü olaraq əməl olunması reqlamentin təhlükəsizlik tələblərinə uyğunluq prezumpsiyasına əsas verir.

10.2. Tütün məmulatının sınaq (tədqiq) metodları bu reqlamentin təhlükəsizlik tələbləri və məmulatın uyğunluğunun qiymətləndirilməsi proseduralarının həyata keçirilməsi üçün zəruri olan nümunələrin götürülməsi qaydalarını özündə ehtiva edən standartlaşdırma sahəsində sənədlərdə göstərilir.

11. Tütün məhsulları və analoji məmulatların uyğunluğunun qiymətləndirilməsi

11.1. Tütün məmulatlarının Texniki reqlamentin və ona şamil olunan digər texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi (təsdiqlənməsi) uyğunluğun təsdiqi (sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi) formasında həyata keçirilir.

11.2. Uyğunluğunun qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”na uyğun olaraq həyata keçirilir.

11.3. Uyğunluğun qiymətləndirilməsində ərizəçi müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxs (və ya onun səlahiyyətli nümayəndəsi) və ya satıcı (təchizatçı) olan fərdi sahibkar ola bilər.

11.4. Uyğunluğu təsdiqləmək üçün malların bu reqlamentin 3-cü hissəsinə uyğun eyniləşdirilməsi aparılmalıdır.

11.5. Tütün məmulatlarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edilməsi aşağıdakı bəyannamə sxemləri əsasında həyata keçirilir.

11.5.1. siqaretlər üçün uyğunluğunun bəyan edilməsi 3b,4b və 6b bəyannamə sxemləri əsasında;

11.5.2. digər tütün məmulatları üçün 1b və 2b sxemləri tətbiq edilir;

11.5.3. Uyğunluğun bəyan edilməsi məqsədilə sınaqlar aparılır.

11.5.4. Seriya ilə istehsal olunan siqaretlərin uyğunluq bəyannaməsi 3b və 6b sxemlərinə, seriya ilə istehsal olunan digər tütün məmulatları - 1b sxeminə görə, siqaretlərin bir partiyası - 4b sxeminə görə, digər növ tütün məmulatlarının partiyası 2b sxeminə uyğun olaraq həyata keçirilir.

11.6. Tütün məmulatlarının uyğunluğu bəyan edilərkən istehsalçı (istehsalçının səlahiyyətli nümayəndəsi), satıcı (təchizatçı) malların Texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər toplusunu uyğunluğu qiymətləndirən quruma təqdim etməlidir:

11.6.1.  ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

11.6.2. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

11.6.3. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

11.6.4. texniki reqlamentin tələblərinə uyğunluğu təsdiq edən Tütün məmulatların(malın standart nümunəsinin) nümunələrinin sınaq protokolları (qüvvədə olma müddəti 1 (bir) ildən çox olmayaraq) və ya hazır malların təhlükəsizlik tələblərinə uyğunluğu həmin malın material və ya hissələrinin təhlükəsizlik tələblərinə uyğunluq ilə təsdiq edildikdə, belə material və ya hissələrin sınaq protokolları;

11.6.5. uyğunluq bəyannamə sxemindən asılı olaraq sınaq ərizəçinin seçimi ilə istehsalçının öz sınaq laboratoriyasında (1b, 2b sxemləri üçün) və ya akkreditasiya edilmiş sınaq laboratoriyasında (3b, 4b, 6b sxemləri üçün) həyata keçirilir;

11.6.6. idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (6b sxemi üçün);

11.6.7. istismar və texniki sənədləri, xammal, materiallar və komponentlər haqqında məlumatlar (olduqda);

11.6.11. malların mənşəyini təsdiq edən sənədlərin surətləri və malı müşayiət edən sənədlər (mal partiyası üçün) (2b, 4b sxemləri üçün);

11.6.9. müqavilə (təchizat müqaviləsi) və göndərmə sənədləri (partiyalı mallar üçün) (2d və 4d sxemləri);

11.6.10. bu reqlamentin 3-cü hissəsinə uyğun olaraq həyata keçirilən eyniləşdirmə.

11.7. Mal nümunələrinin sınaq protokolunda aşağıdakılar göstərilir:

11.7.1. sınaq laboratoriyasının daxili qaydalarına uyğun olaraq protokolun qeydiyyata alınma tarixi və nömrəsi;

11.7.2. sınaq laboratoriyasının adı və ya akkreditasiya edilmiş sınaq laboratoriyasının adı və qeydiyyat nömrəsi (bəyannamə sxemindən asılı olaraq);

11.7.3.  sınaq avadanlıqlarının siyahısı;

11.7.4.  sınağın həyata keçirilmə şərtləri;

11.7.5.  malın adı;

11.7.6.  malın xassələrinin yoxlanılmış göstəricilərinin adı və faktiki mahiyyəti;

11.7.7.  tətbiq edilən sınaq metodları üçün normativ sənədlərin nömrələri və adları.

11.11. İstehsalçı aşağıdakıları həyata keçirir:

11.11.1. istehsala nəzarəti həyata keçirir və istehsal prosesinin Tütün məmulatlarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri görür;

11.11.2. istehsal prosesinin və idarəetmə sisteminin stabil funksionallığının Tütün məmulatlarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməsi üçün bütün zəruri tədbirləri görür.

11.9. İstehsalçı Tütün məmulatlarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunu yazılı bəyan edir və mallara uyğunluq nişanı tətbiq edir.

11.9.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”na uyğun olaraq tərtib olunan uyğunluq bəyannaməsinin reyestri aparılır.

11.10. Seriyalı istehsal olunan Tütün məmulatları üçün uyğunluq bəyannaməsinin etibarlılıq müddəti 5 (beş) il müəyyən edilir,  partiyalı mallar üçün uyğunluq bəyannaməsinin etibarlılıq müddəti müəyyən edilmir.

11.11. Təsərrüfat subyektinin öz istəyi ilə 1b və 2b bəyannamə sxemləri, 3b, 4b və 6b bəyannamə sxemləri sertifikatlaşdırma sxemləri ilə əvəz edilə bilər.

11.12. Tütün məmulatlarının bu Texniki reqlamentin tələblərinə uyğunluğunun sertifikatlaşdırılma üsulu ilə təsdiq olunması 1s, 2s və 3s sertifikatlaşdırma sxemlərinə uyğun aparılır və bu reqlamentin 1 nömrəli Əlavəsində göstərilən mal qruplarına şamil olunur.

11.13. Tütün məmulatlarının sertifikatlaşdırılmasını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırmanı aparan qurumlar və  sınaq laboratoriyaları həyata keçirir (bundan sonra “uyğunluğu qiymətləndirən qurumlar”).

11.14. Malların sertifikatlaşdırılması məqsədi ilə aparılan sınaqlar Azərbaycan Respublikası qanunvericiliyi ilə akkreditasiya edilmiş sınaq laboratoriyaları tərəfindən həyata keçirilir.

11.15. Tütün məmulatlarının sertifikatlaşdırılması üçün istehsalçı (onun səlahiyyətli nümayəndəsi), satıcı (təchizatçı) malların Texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər toplusunu sertifikatlaşdırma orqanına təqdim etməlidir:

11.15.1. Texniki reqlamentin təhlükəsizlik göstəricilərinə uyğunluğu təsdiq edən mal nümunələrinin (malın standart nümunəsinin) sınaq protokolları (qüvvədə olma müddəti 1 (bir) ildən çox olmayaraq) (olduqda);

11.15.2. malın istehsalı zamanı istifadə edilmiş materialların və komponentlərin sınaq protokolları (olduqda);

11.15.3. istismar və texniki sənədlər, xammal, materiallar və komponentlər haqqında məlumatlar (olduqda);

11.15.4. Tütün məmulatları üçün keyfiyyəti idarəetmə sisteminin uyğunluq sertifikatının surəti (2s  sertifikatlaşdırma sxemi üçün);

11.15.5. Tütün məmulatlarının mənşəyini təsdiq edən sənədlərin surətlərini və malı müşayiət edən sənədləri (mal partiyası üçün) (3s sertifikatlaşdırma sxemi üçün);

11.15.6. təsərrüfat subyektinin öz istəyi ilə təqdim olunan malın təhlükəsizliyini təsdiq edən digər sənədlər.

11.16. Mal nümunələri üçün (malın standart nümunəsi üçün) sınaq protokollarında aşağıdakı məlumatlar göstərilməlidir:

11.16.1. sınaq laboratoriyasının daxili qaydalarına uyğun olaraq protokolun qeydiyyata alınma tarixi və nömrəsi;

11.16.2. akkreditasiya edilmiş sınaq laboratoriyasının adı və qeydiyyat nömrəsi; 11.16.3. sınaq avadanlıqlarının siyahısı;

11.16.4. sınağın aparılması şərtləri;

11.16.5. malın adı;

11.16.6. malın xassələrinin yoxlanılmış göstəricilərinin adı və faktiki mahiyyəti;

11.16.7. tətbiq edilən sınaq metodları üçün normativ sənədlərin nömrələri və adları.

11.17. İstehsalçı istehsal prosesinin sabitliyini və istehsal olunan malların bu Texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə (1s sertifikatlaşdırma sxemi), habelə  idarəetmə sisteminin sabitliyini təmin etmək üçün (2s sertifikatlaşdırma sxemi) bütün zəruri tədbirləri görür.

11.111. Uyğunluğu qiymətləndirən qurumlar aşağıdakıları həyata keçirir:

11.111.1. Texniki reqlamentin 3-cü hissəsinə uyğun olaraq eyniləşdirməni həyata keçirir;

11.111.2. nümunələri götürür və onların Texniki reqlamentin tələblərinə uyğun olaraq sınağının aparılmasını təşkil edir;

11.111.3. istehsal obyektinə baxışı həyata keçirir (1s sertifikatlaşdırma sxemi);

11.111.4. aparılmış sınaq nəticələrinə və istehsal obyektinə baxış nəticələrinə (1s sertifikatlaşdırma sxemi) əsasən uyğunluq sertifikatının verilməsi mümkünlüyü barədə qərar qəbul edir;

11.111.5. qanunvericiliyin tələblərinə uyğun olaraq uyğunluq sertifikatı verir.

11.19. Seriyalı istehsal olunan Tütün məmulatlarının uyğunluq sertifikatının etibarlılıq müddəti 5 (beş) il il müəyyən edilir, partiyalı mallar üçün isə uyğunluq sertifikatının etibarlılıq müddəti müəyyən edilmir.

11.20. İstehsalçı (onun səlahiyyətli nümayəndəsi), satıcı (təchizatçı) aşağıdakıları həyata keçirir:

11.20.1. malların istehlak bazarlarında uyğunluq nişanı ilə təmin olunmasını həyata keçirir;

11.20.2. uyğunluğun qiymətləndirilməsi prosedurları başa çatdıqdan sonra mallar üçün aşağıda qeyd olunan sənədləri  sənədlər toplusuna daxil edir:

11.20.2.1. sınaq protokolları;

11.20.2.2. istehsal obyektinə baxışın nəticələri (1s sertifikatlaşdırma sxemi);

11.20.2.3. uyğunluq sertifikatı.

11.21. Uyğunluğu qiymətləndirən qurumlar sertifikatlaşdırılmış Tütün məmulatlarının akkreditasiya edilmiş sınaq laboratoriyasında tədqiqi (sınağı) və (və ya) istehsal obyektinə baxışın həyata keçirilməsi vasitəsilə dövri qiymətləndirməni həyata keçirir.

11.21.1. akkreditasiya edilmiş sınaq laboratoriyası dövri qiymətləndirmə üçün təqdim edilmiş mal nümunələrinin sınağını (tədqiqini) həyata keçirir və sınaq protokolunu tərtib edir;

11.21.2. dövri qiymətləndirmə ildə 1 (bir) dəfə həyata keçirilir.

11.22. Tütün məmulatları üçün sənədlər toplusu Azərbaycan Respublikası ərazisində aşağıdakı müddət ərzində saxlanmalıdır:

11.22.1. seriyalı istehsal olunan mallar üçün -  istehsalçının (istehsalçının səlahiyyətli nümayəndəsi) tərəfindən Tütün məmulatlarının istehsaldan çıxarılması (dayandırılması) tarixindən ən azı 5 (beş) il müddətinədək;

11.22.2. partiyalı istehsal olunan mallar üçün - satıcıdan (təchizatçıdan), istehsalçıdan (istehsalçının səlahiyyətli nümayəndəsi) partiyadan sonuncu malın realizə olunduğu tarixdən ən azı 5 (beş) il müddətinədək və dövlət nəzarəti orqanlarının tələbi ilə onlara təqdim edilir. 

12. Məmulatların uyğunluq nişanı ilə nişanlanması

12.1. Tütün məmulatları Azərbaycan Respublikasında qüvvədə olan və onlara şamil edilən bütün texniki reqlamentlərin tələblərinə uyğun olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun olaraq uyğunluq nişanı ilə nişanlanmalıdır.

12.2. Tütün məmulatlarının uyğunluq nişanı ilə nişanlanması istehlak bazarında dövriyyəyə buraxılmazdan əvvəl həyata keçirilir.

12.3. Məmulatlara uyğunluq nişanı dəqiq və aydın təsviri təmin edən istənilən şəkildə birbaşa mala vurulur, bu mümkün olmadıqda qablaşdırmaya, içliyə, etiketə tətbiq oluna bilər və ya mala əlavə edilmiş sənədlərə daxil edilə bilər.

13. Yekun müddəalar

13.1. Bu reqlamentin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

13.2. İstehlak bazarlarında bu reqlamentin tələblərinə uyğun olmayan məmulatlara qarşı nəzarət tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

13.3. Bu reqlament dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

"Tütün məhsulları və analoji məmulatlar haqqında”

Texniki Reqlamentə

Əlavə 1

“Tütün məhsulları və analoji məmulatlar haqqında” texniki reqlamentlə əhatə olunan məmulatlar

1. Siqaretlər (filtrli və ya filtrsiz);

2. Siqarlar;

3. Siqarillalar;

4. Kreteklər;

5. Papiroslar;

6. Bidilər;

7.  Sənayedə istehsal olunmuş digər tütün və tütün əvəzediciləri;

8. "Homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün;

9. Tütün ekstraktları və essensiyaları;

10. Yanma olmadan çəkmək üçün nəzərdə tutulmuş, tərkibində tütün, bərpa edilmiş tütün, nikotin və ya tütün və nikotin əvəzediciləri olan məhsullar və mallar;

11. Qızdırılan tütün malları;

12. Elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğular;

13. Nikotin tərkibli mayelər;

14. İnsan orqanizminə nikotinin qəbul edilməsi üçün nəzərdə tutulmuş digər nikotin tərkibli mallar;

15.  Tənbəki çubuqları (fincanabənzər hissələri daxil olmaqla), siqarlar və ya siqaretlər üçün müştüklər və onların hissələri.

“Tütün məhsulları və analoji məmulatlar haqqında”

Texniki Reqlamentə

Əlavə 2

Tütün məmulatlarının istehsalı zamanı inqrediyent qismində istifadəsinə icazə verilməyən maddələrin siyahısı

1. Maddələr:

1.1. aqarisin turşusu (Acidum agaricinicum);

1.2. vitamin E asetat;

1.3. tozağacının qatran yağı (Oleum Betulaeempyreumaticum);

1.4. diasetil;

1.5. dietilen glikol;

1.6. sərbəst və bağlı hidrogen sianid turşusu ilə acı badam yağı (Oleum Amygdalarum amarum);

1.7. sassafras yağı (Oleum Sassafratis);

1.8. ardıcın qatran yağı (Oleum Juniperiempyreumaticum);

1.9. kamfora yağı (Oleum camphoratum);

1.10. kamfora;

1.11. kumarin;

1.12. saflor;

1.13. tuyon;

1.14. etilen qlikol.

2. Beynəlxalq müqavilələrə müvafiq olaraq dövriyyəsi qadağan olunmuş maddələr.

3. Aşağıdakılardan hazırlanmış qoxu və dad verici maddələr:

3.1. acı-şirin quş üzümü ağacı gövdəsi (Stipites Dulcamarae);

3.2. kamfora ağacının oduncağı (Lignum Camphorae);

3.3. əsl şirinkök  (Rhizoma Poiypodii);

3.4. giləmərzə (Mentha pulegium) otu (Herba Pulegii);

3.5. kvassiya oduncağı (Lignum Quassiae);

3.6. sabun giləmeyvə ağacının qabığı (Cortex Quillaja);

3.7. dağtərxunu otu (Herba Tanaceti);

3.8. ətirli sədəfotu (Herba Rutae);

3.9. sassafras ağacı gövdəsi, yarpaqları, qabığı (Stipes, Folium, Cortex Sassafratis);

3.10. sarı xəşəmbül (Millilotus officinalis);

3.11. tonka paxlası (Semen Toncae);

3.12. ətirli liatris (Liatris odoratissima);

3.13. ətirli çətiryarpaq (Asperula odorata).

“Tütün məhsulları və analoji məmulatlar haqqında”

Texniki Reqlamentə

Əlavə 3

Texniki Reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların Siyahısı

 

Sıra №-si

Standartlaşdırma sahəsində normativ sənədlərin adı

Standartlaşdırma sahəsində normativ sənədlərin işarəsi

1

Siqaretlər - Adı analitik siqaret çəkmə qurğusundan istifadə etməklə ümumi və tərkibində nikotin olmayan quru hissəciklərin müəyyən edilməsi

AZS ISO 4387:2020

2

Siqaretlər - nümunə götürmə

AZS ISO 8243:2020

3

Siqaretlər - siqaret tüstüsünün qaz fazasında karbon monooksidinin (dəm qazının) müəyyənləşdirilməsi- DİQ (dispensiya olunmayan infraqırmızı analizatorları) üsulu

AZS ISO 8454:2020

4

Siqaretlər – Əsas tüstü kondensatından ümumi zərrəcikli maddədə nikotinin müəyyən edilməsi – Qaz-xromatoqrafiya üsulu

AZS ISO 10315:2023

5

Nikotin çatdırılma sistemlərində istifadə olunan mayelərdə nikotinin, propilenqlikolun və qliserinin miqdarının təyini - Qaz-xromatoqrafiya üsulu

ISO 20714

6

Tütün məmulatları. Qablaşdırma və markalanma

AZS 335-2009

7

Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər

AZS 941:2023

8

Siqaretlər - Alışma meylinin qiymətləndirilməsi - Təhlükəsizlik tədbirləri

AZS EN 16156:2023

9

Qızdırılan tütün məhsulları. Texniki şərtlər

AZS 963:2024

10

Tütünlə Əlaqədar Elmi Tədqiqatlar üzrə Əməkdaşlıq Mərkəzinin (CORESTA)

Tütün və tütün məmulatlarında nikotinin Qaz-xromatoqrafiya üsulu ilə təyini

CORESTA-62

11

Tütünlə Əlaqədar Elmi Tədqiqatlar üzrə Əməkdaşlıq Mərkəzinin (CORESTA)

Tütün məmulatlarında pH dəyərinin təyini

CORESTA-69

12

Tütünlə Əlaqədar Elmi Tədqiqatlar üzrə Əməkdaşlıq Mərkəzinin (CORESTA)

Tütün və tütün məmulatlarında su aktivliyinin təyini

CORESTA-88