Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AzMİ nümayəndəsi COOMET-in prezident şurasının növbəti iclasında iştirak edib

İclas zamanı Avrasiya ölkələrinin milli metrologiya qurumları arasında əməkdaşlıq layihələri müzakirə edilib, COOMET “Keyfiyyət Forumu”nun fəaliyyətinə dair məsələlərə baxılıb.  

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini, Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) vitse-prezidenti Azər Qurbanov COOMET-in prezident şurasının 43-cü iclasında iştirak edib.

Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) təşkil olunan tədbirə COOMET-in prezidenti Lazizbek Saidoripov, vitse-prezidentlər Siuy Szinfen (Çin), Mustafa Çetintaş (Türkiyə), Yevgeniy Lazarenko (Rusiya), eləcə də COOMET Katibliyinin rəhbəri Marat Yunusov (Özbəkistan) və TÜBİTAK UME-nin keyfiyyət üzrə meneceri Enver Sadıkoğlu qatılıblar.

İclas çərçivəsində 2026-2030-cu illər üçün COOMET Strategiyası və təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edən transformasiya layihələri, etalonların tutuşdurulması, birgə elmi-tədqiqat işlərinin təşkili, o cümlədən cari ildə metrologiyada rəqəmsallaşma üzrə seminarların keçirilməsi və digər zəruri məsələlər müzakirə olunub.

Bundan əlavə, A. Qurbanov COOMET “Keyfiyyət Forumu”nun fəaliyyəti haqqında təqdimatla çıxış edib, “Keyfiyyət Forumu”nun fəaliyyətini tənzimləyən sənədlərə dəyişikliklər edilməsi, COOMET çərçivəsində tutuşdurmaların qeydiyyatı və icrası proseslərinin sürətləndirilməsi yolları barədə təkliflər səsləndirib.

Sonda tədbir iştirakçıları TÜBİTAK UME-nin laboratoriyalarına baxış keçiriblər.